Ötən ilin oktyabrında Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda quraşdırılmış günəş panelləri vasitəsilə indiyədək 66,215.3 kilovat-saat enerji hasil edilib.
Renewables.az bu barədə ASCO-ya istinadən xəbər verir.
Təkcə 2025-ci ilin may ayı ərzində 18,454.3 kilovat-saat enerji istehsal olunub. Ay ərzində bəzi günlərdə hasilat 800 kilovat-saat həddinə yaxınlaşıb.
Statistikaya görə, indiyədək 65,946.1 kq karbon qazı emissiyasının qarşısı alınıb. Bu isə 3,638 ağacın qorunmasına bərabər ekoloji fayda deməkdir. Eyni zamanda, 26,457.8 kq daş kömürə qənaət olunub ki, bu da enerji istehsalında fosil yanacaqlardan istifadəni minimuma endirir.
Qeyd edək ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda ümumilikdə 512 kvadratmetr əraziyə hər biri 690 Vt olmaqla,162 ədəd günəş paneli quraşdırılıb.