Birinci rübdə respublika üzrə külək enerjisi istehsalı azalıb

AZƏRBAYCAN KÜLƏK

25 aprel 2024 14:40 (UTC+4)
image

2024-cü ilin birinci rübündə Azərbaycanın külək elektrik stansiyalarının elektrik enerjisi istehsalı 14,3 mln. kVt-saat təşkil edib.

Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 mln. kVt-saat və ya 8 faiz azdır.

Qeyd edək ki, bu dövrdə "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 9,5 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.

OXŞAR XƏBƏRLƏR