BOEMDA direktoru: "bp ilə digər rayonların ərazisində günəş elektrik stansiyaların tikintisi nəzərdən keçiriləcək"
GÜNƏŞ
28 noyabr 2021 • 10:51 (UTC+4)
İşğaldan azad olunmuş ərazilərdə günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları ərazisində müşahidə edilir.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev İTV-yə müsahibəsində bildirib.
"bp ilə bu layihədən əlavə olaraq, gələcəkdə artacaq elektrik enerjisi təminatının qarşılanması üçün digər rayonların ərazisində günəş elektrik stansiyaların tikintisi nəzərdən keçiriləcək", - deyə direktor bildirib.