BOEMDA-nın əməkdaşları Bakı Dövlət Universitetinin tələbələri ilə görüş keçirib

AZƏRBAYCAN

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) bir qrup əməkdaşı Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüş keçirib.

BOEMDA-nın məlumatına görə, açılış nitqi ilə çıxış edən BDU-nun "Ekologiya və torpaqşünaslıq" fakültəsinin dekanı Akif Ağbabalı tədbir iştirakçılarını salamlayaraq, tədbirin keçirilməsinə görə BOEMDA-nın rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Görüş çərçivəsində BOEMDA-nın Layihələrin idarə edilməsi şöbəsinin müdir müavini Emil Kərimzadə və Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin məsləhətçisi Günel Quliyeva  “Bərpa Olunan Enerji: layihələr və gələcək perspektivlər” adlı təqdimatla çıxış ediblər. Təqdimatda əsasən tələbələrə bərpa olunan enerji mənbələri, xüsusilə külək və günəş enerjisi haqqında nəzəri biliklər, Azərbaycanda bu sahədə həyata keçirilən layihələr və görülən işlərlə bağlı məlumat verilib.

Tədbirin əsas məqsədi tələbələr üçün yaşıl enerji sahəsində məlumatların əlçatanlığını artırmaq və onlara faydalı məlumatları ötürmək olub.

Sonda görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR