BOEMDA-nın direktoru Şanxay Əməkdaşlıq Təşkilatının forumunda çıxış edib

AZƏRBAYCAN

image

Çin Xalq Respublikasında səfərdə olan energetika naziri Pərviz Şahbazovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində olan nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev Çinin Ninqbo şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin iclasının açılış mərasimində iştirak edib, həmçinin Enerji Keçidi üçün Texnoloji İnnovasiyalar Forumunda “Bərpa olunan enerji texnologiyaları sahəsində beynəlxalq əməkdaşlıq və enerji keçidi sahəsində Azərbaycan təcrübəsi” mövzusu ilə çıxış edib.

Renewables.az-a bu barədə BOEMDA-dan məlumat verilib.

Səfər çərçivəsində Cavid Abdullayev həmçinin “Enerji keçidində ən son texnologiyalar və Şanxay Əməkdaşlıq Təşkilatının müvafiq platformalarına dair müzakirələr”ə həsr olunmuş dəyirmi masada iştirak edib.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR