Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev Türkiyənin Antalya şəhərində Dünya Bankının təşkilatçılığı ilə keçirilən Enerji Bilik Şəbəkələri tədbirində iştirak edib.
Renewables.az bu barədə BOEMDA-ya istinadən xəbər verir.
Cavid Abdullayev 1-ci Avropa və Mərkəzi Asiya Enerji Bilik Forumunun "Davamlı Maliyyələşdirmə Mexanizmləri və Bərpa Olunan Enerjinin Bazar İnteqrasiyası" adlı panel sessiyasında çıxış edib.

