bp Azərbaycanda bərpa olunan enerji mütəxəssisi hazırlığına dəstək verəcək

AZƏRBAYCAN

1 iyun 2022 21:08 (UTC+4)
image

Sabah BP şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə çərçivə sazişi imzalayacaq.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu “Report”a açıqlamasında BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"Bir müddət əvvəl BP ilə Təhsil Nazirliyi arasında müqavilə imzalanıb. Sabahkı saziş də həmin müqavilə əsasında imzalanacaq. Razılaşmaya əsasən Britaniya universitetlərindən biri ilə ADNSU-nun ikili diplom magistr proqramı olacaq", - deyə o, qeyd edib.

Onun sözlərinə görə, saziş çərçivəsində yaxın 3 ildə Azərbaycanda bərpa olunan enerji sahəsində 100-dən çox mütəxəssis hazırlanacaq.


 

OXŞAR XƏBƏRLƏR