bp-nin bərpaolunan enerji bölməsinin rəhbəri şirkətdən ayrılır
DÜNYA
19 sentyabr 2021 • 16:15 (UTC+4)
Böyük Britaniyanın enerji nəhəngi sayılan bp şirkətinin bərpaolunan enerji bölməsinin rəhbəri Dev Sanyal ilin sonunda şirkətdən ayrılacaq.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bu barədə bp-nin açıqlamasında deyilir.
Qeyd olunub ki, 32 il şirkətdə çalışan Sanyalın ayrılması xəbəri bp-nin bərpaolunan enerji biznesini aktiv şəkildə inkişaf etməsi fonunda gözlənilməz olub.
Bölmənin yeni rəhbəri əvvəllər "RWE Renewables" şirkətinin baş direktoru işləyən Anya-İzabel Dotsenrat olacaq. O, 1 mart 2022-ci il tarixindən etibarən vəzifəsinin icrasına başlayacaq.