3 may Beynəlxalq Günəş Günü kimi qeyd olunur.
Renewables.az xatırladır ki, dünyada bərpa olunan enerji mənbələrindən istifadəyə insanları təşviq etmək və ekoloji cəhətdən faydalı günəş enerjisindən yararlanmaq məqsədi ilə təsis edilmiş bu gün 1994-cü ildən bəri qeyd olunur. 1978-ci ildə təsis edilən bu günün qeyd edilməsində məqsəd ekoloji cəhətdən daha təmiz resurs hesab olunan günəş enerjisindən istifadənin təşviqidir.
Müasir dünyada günəş enerjisi bərpa olunan enerjinin ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur. Günəş şüasından elektrik enerjisi əldə etmək məqsədilə günəş panellərindən, istilik və isti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) "Bərpa olunan enerji statistikası 2026" hesabatına əsasən, 2025-ci ildə dünyada bu mənbə üzrə qoyuluş gücü 27 % artaraq ümumi bərpa olunan enerji qoyuluş gücünün 46,5 %-ni təşkil edib.
Azərbaycanda günəş enerjisi üzrə iqtisadi potensial 23 000 MVt həcmindədir. Ölkəmizdə günəş enerjisi üzrə qoyuluş gücü 281 MVt təşkil edir. Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə Qaradağ GES-in istismara verildiyi tarixdən indiyədək 1,2 mlrd kVts yaşıl enerji istehsal edilib.
