Cəbrayılda “Üfüq” və “Şəms” GES layihələri üzrə müqavilələr imzalanıb

AZƏRBAYCAN
GÜNƏŞ
YAŞIL ENERJİ ZONASI

image

Bakı Enerji Həftəsində azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi məqsədilə həyata keçirilən təşəbbüslər çərçivəsində, Cəbrayıl rayonunda tikilməsi planlaşdırılan iki günəş elektrik stansiyası üzrə də müqavilələr imzalanıb. 

50 MVt gücündə “Üfüq” GES və 50 MVt gücündə “Şəms” GES layihələri üzrə “Torpaq icarə müqavilə”lərini energetika naziri Pərviz Şahbazov, “Enerso Jabrayil” MMC şirkətinin direktoru Eldar Məmmədzadə və “Clean Energy Jabrayil” MMC-nin direktoru Xəyalə Nağıyeva imzalayıb. Hər iki layihəyə dair “Enerji alqı-satqı müqavilə”ləri və “Ötürücü şəbəkəyə qoşulma müqavilə”ləri də imzalanıb.

Cəbrayılda inşa olunacaq günəş stansiyaları ilə bağlı “Norm” ASC ilə birgə balanslaşdırma müqavilələrinə də imza atılıb.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR