Cavid Abdullayev: Böyükşorda 100 meqavat gücündə stansiya tikilməsi ilə bağlı təklif almışıq

AZƏRBAYCAN GÜNƏŞ

12 dekabr 2024 10:37 (UTC+4)
image

Biz Çin şirkətindən Böyükşor ərazisində 100 meqavatlıq layihə təklifi almışıq, hazırda araşdırılır.

Renewables.az-ın məlumatına görə, bunu AZƏRTAC-a müsahibəsi zamanı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.

C.Abdullayev deyib ki, təklif kifayət qədər maraqlıdır və qarışıq texnologiyalara əsaslanır: “Böyükşor ərazisində 100 meqavata yaxın stansiyanın tikilməsi prinsip etibarilə mümkün görünür”.

OXŞAR XƏBƏRLƏR