"Çiçəkli" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən cari ilin iyul ayınadək 70,4 mln. kVts elektrik enerjisi istehsal edilib.
Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, 2017-ci ilin 19 avqust tarixində Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisində gücü 3 MVt olan "Çiçəkli" SES yenidənqurmadan sonra istifadəyə verilib.
Su elektrik stansiyaları bərpa olunan enerji istehsalının artırılması, yerli su ehtiyatlarından səmərəli istifadə və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.