Çin 100 QVt gücündə külək və günəş elektrik stansiyası inşa edəcək

17 oktyabr 2021, 12:26 (UTC+4)
DÜNYA • GÜNƏŞ • KÜLƏK
EDITOR
image
Çin yarımsəhra ərazilərində 100 QVt gücündə külək və günəş enerjisi layihələrinin inşasına başlayıb. "Berpaolunanenerji.az" "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin BMT-nin Biomüxtəliflik Konfransı zamanı videomüraciətində açıqlayıb. Bərpaolunan enerji sərmayələrinin davam etdiriləcəyini bildirən ölkə başçısı, ümumi gücü 100 QVt olan nəhəng layihənin birinci mərhələsinə başlanıldığını bildirib. Qeyd edək ki, Çin 2060-cı ilə qədər sıfır karbon olmağı hədəfləyir.