Elektroenergetika və bərpa olunan enerji standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib

AZƏRBAYCAN

image

Energetika Nazirliyində “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitənin hibrid formatında növbəti iclası keçirilib. Bu barədə nazirlik məlumat yayıb.

Nazirliyin aparat rəhbərinin müavini – Texniki Komitənin sədri Xalidə Məsimova çıxış edərək iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2026-cı il tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi Qaydaları”nın tələblərinə uyğun olaraq hazırlanmış standart layihələrinin müzakirə edilməsinin vacibliyini və əhəmiyyətini bildirib.

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (PHŞ) və Texniki Komitəyə üzv olan qurumların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda 8 standart layihəsi müzakirəyə çıxarılıb, yeni qəbul olunmuş qaydalar haqqında məlumat verilib.

Müzakirələrdə standartların istehsal sahəsində tətbiqi, bu istiqamətdə sahibkarların tələb və təkliflərinin müvafiq qaydada qarşılanması imkanları, həmçinin terminologiyanın milliləşdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla energetika sahəsinə aid 8 standart layihəsinin təsdiq edilərək “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-yə təqdim edilməsi razılaşdırılıb.

Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR