EMTA-da Asiya İnkişaf Bankının məsləhətləşmə missiyasının nümayəndələri ilə görüş keçirilib

AZƏRBAYCAN

12 sentyabr 2025 11:33 (UTC+4)
image

Sentyabrın 11-də Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) energetika sahəsi üzrə iqtisadçı Senad Mrkaljeviçin rəhbərlik etdiyi Asiya İnkişaf Bankının məsləhətləşmə missiyasının nümayəndələri ilə görüş keçirilib.

EMTA-nın məlumatına görə, görüşdə Azərbaycanda istilik təchizatı sektorunun dekarbonizasiyası üzrə texniki yardım fəaliyyətlərinin həyata keçirilməsi istiqamətində məsləhətləşmələr aparılıb və sözügedən məsələyə dair əməkdaşlıq imkanları müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR