EMTA və EPDK mütəxəssisləri arasında onlayn görüş keçirilib

AZƏRBAYCAN

image

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) mütəxəssisləri arasında Azərbaycan-Türkiyə IV Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun onlayn görüşü keçirilib.

İşçi qrupunun EPDK və EMTA-dan olan həmsədrləri Mustafa Yavuzdemir və Elmar Güləliyev görüş iştirakçılarını salamlayaraq, bu görüşlərin hər iki tərəf üçün faydalı olduğunu bildiriblər. 

EMTA-nın Enerji sahəsində liberallaşdırma şöbəsinin mütəxəssisi Mətin Şıxıyev “Azərbaycanda yaşıl enerjiyə keçid sahəsində atılmış praktiki addımlar və Tənzimləyicinin fəaliyyəti” mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycanın bərpa olunan enerji potensialı, qarşıya qoyulmuş hədəfləri, mövcud layihələr və qanunvericilik sahəsində baş verən yeniliklər barədə məlumat verib. 

EPDK-nın enerji sahəsi üzrə mütəxəssisi Murat Aldı isə “Türkiyədə bərpa olunan enerjiyə dəstək mexanizmləri və şəbəkə üçün batareya enerji saxlanc sistemlərinin inkişafı” mövzusunda təqdimatla çıxış edib. O, Türkiyədə bərpa olunan enerji mənbələrinin dəstəklənməsi üzrə tətbiq olunan mexanizmlər, investisiya təşviqləri və qanunvericilik sahəsindəki yeniliklər barədə məlumat verib, eləcə də şəbəkənin sabitliyində batareya enerji saxlanc sistemlərinin rolu, həyata keçirilən layihələr və bu sahədə mövcud qanunvericilik bazası ilə bağlı Türkiyə təcrübəsindən danışıb. 

Görüşdə, həmçinin İşçi qrupun gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı razılaşma əldə olunub.



OXŞAR XƏBƏRLƏR