Energetika Nazirliyində bp şirkəti ilə "Şəfəq" GES-in icrası müzakirə olunub

AZƏRBAYCAN

image

Azərbaycanın energetika naziri Pərviz Şahbazovla bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Renewables.az xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, görüşdə enerji tərəfdaşlığımızın gündəliyindəki layihələr, o cümlədən Şəfəq Günəş Elektrik Stansiyasının icrası, eləcə də qlobal miqyasda enerji təhlükəsizliyi və enerji keçidi ilə bağlı mövcud vəziyyət barədə geniş fikir mübadiləsi aparılıb.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, görüşdə şirkətlə neft-qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Müxtəlif enerji növlərindən istifadənin enerji təhlükəsizliyi, ətraf mühitin qorunması və davamlılıq məsələlərinin həllində mühüm rolu vurğulanıb. Bu kontekstdə Azərbaycanın nümunəvi ölkə olduğu, bp şirkəti ilə neft-qaz sahəsində başlayan əməkdaşlığın hazırda bərpa olunan enerji layihəsi - “Şəfəq” günəş elektrik stansiyası ilə uğurla davam etdirilməsi xüsusi qeyd edilib.

Söhbət zamanı mövcud enerji layihələrinin inkişafı, həmçinin “yaşıl enerji” dəhlizi və interkonnektorlarının icrası nəzərdən keçirilib. Qlobal enerji bazarlarında inkişaf tendensiyaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə nümayəndə heyətinin tərkibində iştirak edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə təyin olunmuş yeni regional prezidenti Ciovanni Kristofoliyə gələcək fəaliyyətində dəstək ifadə edilib.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR