Euronews: Bakı Enerji Həftəsi Azərbaycanın enerji diplomatiyasını, bərpa olunan enerji sahəsində nailiyyətlərini və regional nüfuzunu nümayiş etdirir

AZƏRBAYCAN

image

30-cu ilini qeyd edən Bakı Enerji Həftəsi Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə iddialı hədəflərini, strateji boru kəmərlərini, regional və qlobal enerji təhlükəsizliyində artan rolunu müzakirə etmək üçün qlobal enerji liderlərini bir araya toplayır.

Renewables.az xəbər verir ki, "Euronews" Bakı Enerji Həftəsi ilə bağlı reportaj hazırlayıb.

Qlobal enerji təqviminin əsas hadisəsi olan Bakı Enerji Həftəsi hər il 2000-dən çox nümayəndə və 240 şirkəti cəlb edir. Artıq 30-cu il keçirilən tədbir, 2030-cu ilə qədər Azərbaycanın enerji şəbəkəsinin 35 %-dən çoxunu təşkil edən 6,5 GVt bərpa olunan enerjinin quraşdırılması öhdəliyini vurğulayır.

"Tədbirin məqsədi dünyaya missiyamızın və baxışımızın nə olduğunu söyləmək idi. Ənənəvi enerji resursları ilə yanaşı, biz həm də “yaşıl enerji” və dekarbonizasiya sahəsində öz baxışımızı bölüşürük", - energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Tədbir həmçinin Xəzər dənizini Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ilə birləşdirən boru kəmərləri ilə Azərbaycanın enerji diplomatiyasındakı strateji rolunu vurğulayır.

"2050-ci ilə qədər biz sıfır emissiyalı enerji şirkətinə çevriləcəyik. Bizim həmçinin 2030 və 2035-ci illər üçün çox iddialı hədəflərimiz var", - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev bildirib. O qeyd edib ki, Azərbaycan dekarbonizasiyaya və bərpa olunan enerji istehsalına çalışır.

"Enerji təhlükəsizliyi və təmiz enerjinin ixracı vacib mövzulardır. Bu regiona enerji, ərzaq və su təhlükəsizliyi baxımından böyük diqqət yetirilir. Bu əla platformadır. Biz Azərbaycanın yolunu dəstəkləmək üçün buradayıq", - telekanal "Masdar" şirkətinin (BƏƏ) MDB regionunda biznesin inkişafı və investisiyalar şöbəsinin rəhbəri Məriyəm Əl-Məzruinin sözlərini sitat gətirir.

Müzakirələr Azərbaycanın inkişaf edən enerji ambisiyalarını, Almaniya və Masdar kimi qlobal oyunçularla tərəfdaşlıq əlaqələrini əks etdirən enerji təhlükəsizliyi, yaşıl keçid və geosiyasi əməkdaşlığın tarazlaşdırılmasına yönəlib.



OXŞAR XƏBƏRLƏR