Everestdə günəş enerjisi ilə işləyən dünyanın ən yüksək meteoroloji stansiyası quraşdırılıb
DÜNYA
6 may 2022 • 03:09 (UTC+4)
Çinli mütəxəssislər mayın 4-də Comolunqma (Everest) dağında dəniz səviyyəsindən 8830 metr yüksəklikdə avtomat rejimdə çalışan meteoroloji nəzarət stansiyası quraşdırıblar.
"Berpaolunanenerji.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu, dünyada ən yüksək nöqtədə yerləşən avtomat meteoroloji stansiyadır.
Günəş enerjisi ilə işləyən stansiyanın qarlı və şaxtalı hava şəraitində təxminən 2 il fəaliyyət göstərəcəyi planlaşdırılıb.