"Üfüq" və "Şəms" GES-in istismara veriləcəyi tarix açıqlanıb

AZƏRBAYCAN GÜNƏŞ YAŞIL ENERJİ ZONASI

25 sentyabr 2025 13:59 (UTC+4)
image

50 MVt gücündə "Üfüq" və 50 MVt gücündə "Şəms" günəş elektrik stansiyalarının (GES) 2027-ci ildə istismara verilməsi planlaşdırılır.

Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.

Xatırladaq ki, 2025-ci il Bakı Enerji Həftəsində Cəbrayıl rayonunda tikilməsi planlaşdırılan 50 MVt gücündə “Üfüq” GES və 50 MVt gücündə “Şəms” GES layihələri üzrə “Torpaq icarə müqavilə”ləri,  “Enerji alqı-satqı müqavilə”ləri və “Ötürücü şəbəkəyə qoşulma müqavilə”ləri imzalanıb. Cəbrayılda inşa olunacaq günəş stansiyaları ilə bağlı “Norm” ASC ilə birgə balanslaşdırma müqavilələrinə də imza atılıb.

Renewables.az

OXŞAR XƏBƏRLƏR