Goranboyda orta məktəb günəş panelləri ilə işıqlandırılacaq

AZƏRBAYCAN GÜNƏŞ

13 iyun 2024 10:03 (UTC+4)
image

Goranboyun Eyvazlılar kənd orta məktəbi günəş panelləri ilə isidiləcək və işıqlandırılacaq.

Renewables.az “Report”a istinadla xəbər verir ki, Elm və Təhsil Nazirliyinin layihəsi çərçivəsində təhsil ocağının həyətində 80 ədəd günəş paneli quraşdırılıb.

Bu panellər vasitəsilə həmçinin məktəbi isitmək də mümkün olacaq. Belə ki, siniflərdə buna uyğun istilik sistemləri quraşdırılıb.

İşlərin yaxın günlərdə yekunlaşacağı bildirilib.

Qeyd edək ki, quraşdırılan 80 ədəd günəş panelindən 50 kilovat-saata yaxın enerji almaq mümkün olacaq.

OXŞAR XƏBƏRLƏR