IEA: Azərbaycan aşağı emissiyalı texnologiyalara investisiyaları artırmağa çalışır

AZƏRBAYCAN
HESABATLAR

image

COP29-a ev sahibliyi etdikdən sonra Azərbaycan aşağı emissiyalı texnologiyalara yatırımları artırmağa çalışır və 2030-cu ilədək quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 30 %-ə yüksəltməyi hədəfləyir.

Renewables.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “Dünya Enerji Mənzərəsi – 2025” hesabatında qeyd olunub.

Hesabatda qeyd olunub ki, Bakıda keçirilən COP29 zamanı Xəzəryanı və Mərkəzi Asiya ölkələri tərəfindən bir sıra açıqlamalar verilib. Bunlara bərpa olunan enerjiyə dəstəyin artırılması və infrastruktur əlaqələrinin yaxşılaşdırılması ilə bağlı öhdəliklər daxildir. Nümunə olaraq Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Sazişinə əsaslanan Transxəzər Yaşıl Enerji Dəhlizi göstərilə bilər. Bu saziş tərəflərin enerji sistemlərinin inteqrasiyasını və bərpa olunan enerjinin ixracını nəzərdə tutur. Sazişin məqsədi tərəfdaş ölkələrin elektrik şəbəkələrinin inteqrasiyasını təmin etmək və bərpa olunan enerjinin ixracını mümkün etməkdir.

Renewables.az


OXŞAR XƏBƏRLƏR