IEA: Bərpa olunan enerji sürətlə inkişaf edən mənbə olaraq qalır - HESABAT

DÜNYA
HESABATLAR

image

Bütün ssenarilərdə bərpa olunan enerji – xüsusilə günəş fotovoltaik enerjisi ən sürətlə inkişaf edən mənbə olaraq qalır.

Renewables.az bu barədə Beynəlxalq Enerji Agentliyinin “Dünya Enerji Mənzərəsi – 2025” (World Energy Outlook 2025) hesabatına istinadən xəbər verir.

Hesabatda müxtəlif ssenarilər arasında artım tempi fərqlənsə də, qeyd olunur ki, 2035-ci il üçün qlobal enerji tələbatı artımının 80 %-i yüksək günəş potensialına malik ərazilərdə baş verəcək.

Elektrik enerjisi dövründə enerji təhlükəsizliyi üçün əsas məsələlərdən biri yeni şəbəkələrin, enerji saxlanc sistemlərinin və enerji sistemlərinin çevikliyini təmin edən digər mənbələrin nə qədər sürətlə yaradılmasıdır.

“Hazırda bu elementlərin bəziləri geridə qalır. Elektrik istehsalına qoyulan sərmayələr 2015-ci ildən bəri təxminən 70% artıb, lakin illik şəbəkə xərcləri bunun yarısından da az sürətlə yüksəlib,” – hesabatda qeyd olunur.

Hesabatın bütün ssenarilərin ortaq cəhətlərindən biri də nüvə enerjisinin yenidən yüksəlişidir – həm ənənəvi iri miqyaslı stansiyalara, həm də kiçik modul reaktorlar kimi yeni texnologiyalara investisiyalar artır. İki onillikdən çox durğunluqdan sonra qlobal nüvə enerjisi gücü 2035-ci il üçün ən azı üçdə bir artacaq.

Renewables.az


OXŞAR XƏBƏRLƏR