İlin ilk aylarında istismara verilən gücün 96,4%-i bərpa olunan mənbələrdən təmin edildi

REGİON

6 aprel 2021 12:43 (UTC+4)
image

Bu barədə Türkiyə Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz "Twitter" hesabında paylaşım edib. O, qeyd edib ki, ilin ilk iki ayında istismara verilən 831 meqavat qoyuluş gücünün 96,4%-i bərpa olunan mənbələrdən təmin edilib.

Paylaşılan infoqrafikada qeyd olunub ki, yanvar-fevral aylarında bərpa olunan mənbələrdən 801 meqavat güc istismara verilib.

Türkiyə ötən il ümumi elektrik istehsalının 12%-ni külək və günəş enerjisindən əldə edib və 2015-2020-ci illərdə bu mənbələrdən enerji istehsalını 3 qat artırıb. 

"Ember"in "Qlobal Elektrik Görünüşü 2021" (Global Electricity Review 2021) hesabatına görə, ötən il Türkiyənin elektrik enerjisinə olan tələbi 301.5 teravat-saat, elektrik istehsalı isə 302 teravat-saat olaraq olub. Bu dövrdə enerji istehsalının 43%-i bərpa olunan mənbələrdən təmin edilib.

 

Mənbə: Milliyet

Renewables.az

OXŞAR XƏBƏRLƏR