Çinlə Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqatına dair Saziş imzalanıb

AZƏRBAYCAN

image

Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) arasında “Azərbaycanın Elektrik Enerjisi Ötürmə Şəbəkəsinin Tədqiqatına dair Saziş” imzalanıb.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu saziş ölkəmizin enerji sisteminin çevik, dayanıqlı və bərpa olunan enerji mənbələrinə uyğunlaşan bir infrastruktur kimi inkişafı istiqamətində atılmış mühüm addımdır", - nazir qeyd edib.

P. Şahbazovun sözlərinə görə, “China Energy Engineering Corporation Limited” (CEEC) şirkətinin vitse-prezidenti Xu Lu ilə görüşdə bərpa olunan enerji sahəsində qurulan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində Fəaliyyət Planının icrası üzrə fikir mübadiləsi aparılıb.

Saziş Azərbaycanın 2030-cu il və sonrakı dövrlər üçün bərpa olunan enerji hədəflərinə uyğun olaraq ötürücü şəbəkənin inkişaf etdirilməsini və bu məqsədlə EPPEI institutu tərəfindən texniki məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutur. Sənədə əsasən, EPPEI tərəfindən Azərbaycan elektrik enerjisi sisteminin mövcud vəziyyətinə uyğun model və simulyasiya işləri aparılacaq, şəbəkə tədqiqatı təhlil ediləcək, hədəf illər üçün enerji tələbatı proqnozlaşdırılacaq və genişmiqyaslı bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün tövsiyələr hazırlanacaq. Sazişin icrası məqsədilə Azərbaycanda müvafiq qurumların iştirakı ilə İşçi Qrup yaradılacaq.



OXŞAR XƏBƏRLƏR