10–12 yanvar 2026-cı il tarixlərində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 16-cı sessiyası və əlaqədar görüşlər Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək.
Assambleya sessiyası “Bəşəriyyəti enerji ilə təmin etmək: ortaq rifah naminə bərpa olunan enerji” mövzusuna həsr olunacaq. Sessiya qlobal liderləri və enerji sahəsində qərarvericiləri bir araya gətirərək, ölkələr, regionlar və dünya üzrə bərpa olunan enerjinin sürətləndirilməsi üçün strategiyaları müzakirə edəcək, iqtisadi inklüzivliyi, bərabərliyi və insan rifahını təşviq edən zəruri tədbirləri vurğulayacaq.
BƏƏ Konsensusunun əsas enerji hədəflərinin monitorinqi üzrə IRENA, “BƏƏ Konsensusunun İcrası: 2030-cu ilə qədər bərpa olunan enerji gücünün üçqat artırılması və enerji səmərəliliyinin ikiqat yüksəldilməsi üzrə irəliləyişlərin izlənməsi” adlı hesabatın ikinci nəşrindən əldə olunan məlumatları və proqnozları təqdim edəcək.
Siyasi iradənin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın təcili zəruriliyini nəzərə alaraq, 10 yanvar 2026-cı ildə keçiriləcək Pre-Assambleya Günü də daxil olmaqla, bir sıra Nazir səviyyəli və Yüksək Səviyyəli sessiyalar təşkil olunacaq. Bu sessiyalar qərarvericilər arasında qarşılıqlı əlaqəni təşviq edəcək və Agentliyin gələcək fəaliyyətinə töhfə verəcək.
Sessiyalarda aqro-ərzaq sistemlərində bərpa olunan enerjinin potensialından istifadə, geotermal enerjinin inkişafı, enerji təhlükəsizliyinin təmin edilməsi və sərfəli enerji keçidi, habelə kritik materiallarla bağlı siyasət tədbirləri kimi aktual qlobal tendensiyalar və mühüm məsələlər müzakirə olunacaq.
Qanunvericilər Forumu, Dövlət-Özəl Dialoqu və Gənclər Forumu ədalətli və inklüziv bərpa olunan enerji mənzərəsinə dair kollektiv məqsədlərimiz üçün mühüm iştirakçıların əlavə fikir və müzakirələr aparması üçün imkanlar yaratmağa davam edəcək.
IRENA Assambleyası 11-15 yanvar 2026-cı il tarixlərində keçiriləcək Əbu-Dabi Davamlılıq Həftəsi (ADSW) çərçivəsində baş tutacaq.
Proqram və ətraflı məlumat üçün keçid edin: Sixteenth Session of the IRENA Assembly
