IRENA Bakıda Mərkəzi Asiya üçün Enerji Keçidi İnvestisiya Forumu təşkil edəcək

AZƏRBAYCAN
TƏDBİRLƏR

image

Bu günə qədər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan Mərkəzi Asiya üçün Bərpa Olunan Enerjidə Sürətləndirilmiş Tərəfdaşlıq (APRECA) proqramına qoşulub. Biz Türkmənistanı da bu tərəfdaşlığa qoşulmağa və dayanıqlı enerji gələcəyinə doğru yolunu sürətləndirməyə dəvət edirik.

Bu sözləri Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera Beynəlxalq Təmiz Enerji Günü münasibətilə təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.

“IRENA Azərbaycanda 2026-cı ilin iyununda Mərkəzi Asiya üçün Enerji Keçidi İnvestisiya Forumunu təşkil edəcək. Agentliyimiz investisiya boşluğunu aradan qaldırmağı və inkişaf etməkdə olan bazarlarda perspektivli bərpaolunan enerji layihələrini dəstəkləməyi hədəfləyir. Maliyyə bizim enerji, iqlim və sosial-iqtisadi məqsədlərimizin hər bir aspektinin təməlidir”,- deyə o bildirib.



OXŞAR XƏBƏRLƏR