Kəlbəcər rayonunun Lev çayı üzərində inşa olunan 4,4 MVt-lıq “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında (KSES) istismara verildiyi tarixdən bu ilin iyun ayının 1-dək stansiyada 42,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Renewables.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
“Kəlbəcər-1” KSES 3 il öncə 26 iyun tarixində istismara verilib.
Qeyd edək ki, KSES-lər ekoloji cəhətdən daha təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və enerji istehsalı zamanı atmosferə istixana effekti yaradan qazları atmayan elektrik enerjisi müəssisəsidir.
