KOBİA və “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında Anlaşma Memorandumu imzalanıb

AZƏRBAYCAN

9 sentyabr 2024 15:21 (UTC+4)
image

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında KOB-ların yaşıl keçidi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Renewables.az KOBİA-ya istinadən xəbər verir ki, müqavilə Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransında imzalanıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “ACWA Power Azerbaijan Renewable Energy” MMC-nin direktoru Səlim Güven tərəfindən imzalanmış sənəd kiçik və orta sahibkarlıq subyketlərinin yaşıl iqtisadiyyata keçidinə dəstək məqsədilə birgə əməkdaşlıq tədbirlərini nəzərdə tutur. 

OXŞAR XƏBƏRLƏR