“Meydan” və “Qamışlı” KSES-lərdə istehsal edilən enerjinin həcmi açıqlanıb

AZƏRBAYCAN
HİDRO
YAŞIL ENERJİ ZONASI

image

Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək “Meydan” Kiçik Su Elektrik Stansiyasında (KSES) 11,4 milyon kilovat-saat, “Qamışlı” KSES-də isə 26,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Energetika Nazirliyindən Renewables.az-a bildirilib ki, ümumi gücü 3,4 meqavat olan “Meydan” KSES hər biri 1,7 meqavat gücündə 2 ədəd hidroaqreqatdan, ümumi gücü 6,3 meqavat olan “Qamışlı” KSES isə hər biri 3,15 meqavat gücündə 2 ədəd hidroaqreqatdan ibarətdir.

Kəlbəcər rayonunda inşa edilmiş “Meydan” və “Qamışlı” KSES-ləri 2023-cü il mayın 27-də istismara verilib.

Qeyd edək ki, KSES-lər ekoloji cəhətdən daha təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və enerjinin istehsalı zamanı atmosferə istixana effekti yaradan qazları atmayan elektrik enerjisi müəssisəsidir.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR