Misirdəki "West Bakr" külək layihəsidə elektrik istehsalı başlayıb

DÜNYA KÜLƏK

26 may 2021 14:22 (UTC+4)
image

Misirdə inşa edilən "West Bakr" külək elektrik stansiyasında elektrik istehsalına başlanılıb.

"Berpaolunanenerji.az" "Siemens Gamesa"ya istinadən xəbər verir ki, külək layihəsinin qoyuluş gücü 250 MVt-dır.

Külək parkında "96 SG 2.6-114" turbinləri quraşdırılıb və artıq onlardan biri elektrik istehsalına başlayıb.

Layihə, ölkədə külək enerjisinin qoyuluş gücünü 18 %-ə qədər artırmaq və ilin sonunda ümumi enerji istehsalında bərpaolunan enerji mənbələrinin payını 20 %-ə çatdırmaq üçün önəmli bir layihə hesab olunur.

KES ildə 350,000 evi təmiz enerji ilə təmin edəcək və 550,000 ton CO2 emissiyasının qarşısını alacaq.

OXŞAR XƏBƏRLƏR