Monteneqroda bərpa olunan enerji layihələrinə 200 milyon avro sərmayə yatırılacaq
DÜNYA
17 yanvar 2023 • 11:14 (UTC+4)
Monteneqroda üç günəş və bir külək elektrik stansiyasına 200 milyon avrodan çox sərmayə yatırılacaq.
"Renewables.az" "Balkan Green Energy News" portalına istinadən xəbər verir ki, bu da 50-dən çox daimi iş yerinin yaranmasına səbəb olacaq.
İlkin təhlillərə əsasən, günəş elektrik stansiyalarının gücü 500 MVt-dan çox olacaq.
Qeyd edək ki, hökumət bu yaxınlarda günəş panellərinin satışına, quraşdırılmasına və idxalına qoyulan əlavə dəyər vergisini 21 %-dən 7 %-ə endirib.