Muxtar Respublikada günəş enerjisi istehsalı 11 faizə yaxındır
GÜNƏŞ
6 may 2022 • 02:58 (UTC+4)
Bu gün istifadəyə verilən yeni Günəş Elektrik Stansiyası ilə muxtar respublikanın Günəş Elektrik stansiyalarının gücü 36 meqavata, illik istehsal gücü isə 55 milyon kilovat-saata çatdırılacaqdır.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu da ümumilikdə muxtar respublikada enerji istehsalının 11 faizə yaxınını təşkil edəcəkdir.
Şərur rayonunda qurulan 8 meqavatlıq Günəş Elektrik Stansiyası isə rayonun elektrik enerjisinə olan tələbatının 17 faizini təşkil edəcəkdir.