Naxçıvan MR-da Günəş Elektrik stansiyalarının gücü 36 meqavata çatıb

GÜNƏŞ

6 may 2022 02:52 (UTC+4)
image

Bu gün istifadəyə verilən yeni Günəş Elektrik Stansiyası (GES) ilə muxtar respublikanın Günəş Elektrik stansiyalarının gücü 36 meqavata, illik istehsal gücü isə 55 milyon kilovat-saata çatdırılacaq.

"Berpaolunanenerji.az" xəbər verir ki, muxtar respublikada 22 meqavat gücündə Babək GES, 5 meqavat gücündə Kəngərli GES, 8 meqavat gücündə Şərur (Zeyvə) GES, 0,985 meqavat gücündə isə Culfa HES-də günəş elektrik stansiyaları fəaliyyətdədir.


 

OXŞAR XƏBƏRLƏR