Naxçıvanda elektrik enerjisi istehsalı artıb

AZƏRBAYCAN

14 fevral 2024 16:03 (UTC+4)
image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının elektrik stansiyalarında 30,4 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,55 mln. kVt-saat və ya 5,4 faiz çoxdur.

Hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə su elektrik stansiyalarında 3,65 mln. kVt-saat, günəş elektrik stansiyalarında 2,74 mln. kVt-saat elektrik enerjisi (qalanı İstilik Elektrik Stansiyalarında) istehsal olunub.

OXŞAR XƏBƏRLƏR