Naxçıvanda günəş enerjisi istehsalı artıb

AZƏRBAYCAN GÜNƏŞ

15 may 2024 14:43 (UTC+4)
image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2024-cü ilin yanvar-aprel aylarında Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 18,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,25 kVt-saat və ya 7 faiz çoxdur.

Qeyd edək ki, hesabat dövründə respublika üzrə günəş enerjisi istehsalı 7,5 dəfə artıb.

OXŞAR XƏBƏRLƏR