Naxçıvanın günəş enerjisi istehsalında artım qeydə alınıb

AZƏRBAYCAN GÜNƏŞ

14 yanvar 2026 13:49 (UTC+4)
image

2025-ci ildə Naxçıvan MR-nin günəş elektrik stansiyalarında (AzərEnerji" ASC üzrə) 61,1 mln. kVts elektrik enerjisi istehsal edilib.

Renewables.az Energetika Nazirliyinin açıqladığı elektrik enerjisinə dair operativ məlumatlara istinadla xəbər verir ki, bu da 2024-cü illə müqayisədə 0,3 mln. kVts və ya 0,5 % çoxdur.

Qeyd edək ki, ötən il Azərbaycanda günəş enerjisi istehsalı 7,8 % artıb.

OXŞAR XƏBƏRLƏR