İşğaldan azad olunan ərazilər yaşıl enerji zonası elan edilib. Qarabağ və Şərqi Zəngəzur öz elektrik enerjisi tələbatını tam ödəməklə yanaşı, artıq digər bölgələrə də yaşıl enerji ötürür.
Bunu energetika nazirinin müavini Elnur Soltanov Xankəndidə jurnalistlərə açıqlamasında deyib.
E.Soltanov bildirib ki, hazırda Qarabağda elektrik enerjisinin istehlakı 40 MVt-dan az olsa da, istehsal 100 MVt-dan artıqdır. Bu rəqəmlərin dəfələrlə artması gözlənilir: “2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda elektrik enerjisi istehlakı 200 milyon kilovat/saatı keçib. Bu göstərici, təxminən, Naxçıvanın illik istehlakının 40 faizinə bərabərdir”.