Niderland Azərbaycanla dənizdə külək enerjisi sektorunda əməkdaşlıq etmək istəyir

KÜLƏK

29 aprel 2022 23:17 (UTC+4)
image

Niderland bərpa olunan enerji sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Niderlandın Azərbaycandakı səfiri Pauline Eizeman Trend-in sualını cavablandırarkən deyib.

"Niderland Azərbaycanla xüsusilə dənizdə külək enerjisi sektorunda əməkdaşlıq etmək istərdi", - səfir deyib.

O qeyd edib ki, hələlik konkret layihələr olmasa da, Niderland böyük ekspert bazasına malikdir, eləcə də çoxsaylı Niderland şirkətləri Azərbaycanda alternativ enerji sahəsinə mühüm töhfə verə bilər.


 

OXŞAR XƏBƏRLƏR