Nordex 1 QVt-lıq turbin sifarişi üçün müqavilə imzalayacaq

DÜNYA KÜLƏK

19 iyun 2021 22:22 (UTC+4)
image

Almaniyanın külək turbini istehsalçısı Nordex, 1 QVt-lıq turbin sifarişi üçün anlaşma müqaviləsi imzalayacaq.

"Berpaolunanenerji.az" xəbər verir ki, İspaniyanın "Acciona Energia" şirkəti, Avstraliyada gerçəkləşdiriləcək layihələr üçün 180 ədədə qədər "Delta4000" seriyasında yer alan "Nordex N163/5.X" turbinlərinin sifarişi üçün müqavilə imzalama niyyətindədir.

Ümumi gücləri 1 026 MVt olacaq turbinlər, 2024-cü ilə qədər istifadəyə veriləcək, 923 MVt gücündəki "MacIntyre" layihəsində və 102,6 MVt gücündəki "Karara" layihəsində quraşdırılacaq.


 

OXŞAR XƏBƏRLƏR