Azərbaycanın energetika naziri Pərviz Şahbazov Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində “Pacific Green” şirkətinin inkişaf etdirdiyi “Richborough” enerji parkında olub.
Renewables.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Mərakeş ilə Birləşmiş Krallıq arasında “yaşıl enerji”nin ötürülməsi layihəsi, interkonnektorlar, şəbəkə miqyaslı batareya saxlama sistemi üzrə qabaqcıl təcrübələrlə tanış olduq və faydalı müzakirələr apardıq", - nazir paylaşımında qeyd edib.
Within the Meeting of the Intergovernmental Commission, we visited Richborough Energy Park, developed by Pacific Green company. We got acquainted with the best practices in the green energy transmission project, interconnectors, grid-scale battery storage system between Morocco… pic.twitter.com/0xEmzh3D5D
— Parviz Shahbazov (@ParvizShahbazov) May 1, 2025


