Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib.
Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə söyləyib.
“Ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olub və bu gün bərpa olunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib”, - deyə dövlət başçısı əlavə edib.
President Ilham Aliyev: “As a result of the cooperation between Azerbaijan and Türkiye, the energy map of not only our region but also the wider geography has has been redrawn.” pic.twitter.com/aGXHA2XTxn
— Ilham Aliyev (@presidentaz) May 28, 2025