Qətərin vitse-spikeri: "Karbon qazının azaldılması, "yaşıl enerji"nin inkişafı üçün səylər artırılmalıdır"

DÜNYA

22 fevral 2024 14:25 (UTC+4)
image

Karbon qazının azaldılması və "yaşıl enerji"nin inkişafı istiqamətində səylər artırılmalıdır.

Renewables.az “Report”a istinadən xəbər verir ki, bu barədə Qətər parlamentinin sədr müavini Hamda Hassan Al-Sulaiti fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, regionun bir çox ölkəsi 2030-cu ilə qədər qarşıya qoyulmuş 17 arzulanan məqsədə çatmaqda çətinlik çəkir, Asiya Davamlı İnkişaf Məqsədlərinə həmin dövrə qədər nail ola bilməyəcək: "2030-cu ilə qədər inkişaf hədəflərinin yalnız 11 faizi reallaşacaq. Təmiz enerjinin təmin edilməsi sahəsində əməkdaşlıq etməliyik. Karbon qazının azaldılması və "yaşıl enerji"nin inkişafı istiqamətində səylər artırılmalıdır”.

OXŞAR XƏBƏRLƏR