Qarabağ və Şərqi Zəngəzurda 6 kiçik su elektrik stansiyasının tikintisi üzrə işlərə başlanılıb

AZƏRBAYCAN HİDRO YAŞIL ENERJİ ZONASI

3 sentyabr 2024 11:39 (UTC+4)
image

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilən əraziləri “yaşıl” enerji zonasına çevirmək, regionun hidroenerji potensialından səmərəli istifadə etmək barədə tapşırıqlarına əsasən “Azərenerji” ASC tərəfindən ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyasının tikintisi üzrə işlərə başlanılıb.

Renewables.az-ın xəbərinə görə, bu su elektrik stansiyalarının 2025-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur.

Həmin stansiyalarda ümumilikdə 110 milyon kVt-saatdan çox elektrik enerjisi istehsal ediləcək ki, nəticədə 24 milyon kubmetrdən çox təbii qaza qənaət olunacaq, həmçinin 44 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

OXŞAR XƏBƏRLƏR