Qarabağda yaşıl texnologiyalar üzrə istehsal və xidmət sahələri yaradılacaq

AZƏRBAYCAN

22 iyun 2022 23:02 (UTC+4)
image

İşğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyalar üzrə istehsal və xidmət sahələri yaradılacaq.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi Energetika Nazirliyi ilə birlikdə 2022-2026-cı illərdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyalar üzrə istehsal və xidmət sahələrinin yaradılmasının dəstəklənməsini təmin etməlidir.


 

OXŞAR XƏBƏRLƏR