Qazaxıstanda bərpa olunan enerji mənbələrinin istehsalı 6,5 faizə çatıb

DÜNYA

28 avqust 2024 15:19 (UTC+4)
image

Qazaxıstanda bərpa olunan enerji istehsalı ilin birinci yarısında 6,5 faizə çatıb.

Renewables.az Qazaq Green portalına istinadən xəbər verir ki, hesabat dövründə bərpa olunan enerji mənbələrindən 3 mlrd. 896 mln. kilovat-saat elektrik enerjisi istehsal edilib.

Bu dövrdə külək enerjisi 2 mlrd. 325 mln. kilovat-saat, günəş enerjisi 974,9 mln. kilovat-saat, hidroenerji 595,36 mln. kilovat-saat, bioqaz isə 0,43 mln. kilovat-saat təşkil edib.

Qeyd edək ki, Qazaxıstanda ümumi qoyuluş gücü 2 903,7 meqavat olan 148 yaşıl enerji stansiyası (gücü 100 kVt-dan çox) fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR