Qazaxıstan ikinci AES-in tikintisi haqqında qərar qəbul edib

REGİON
NÜVƏ ENERJİSİ

image

Qazaxıstan hökuməti ikinci Atom Elektrik Stansiyasının (AES) tikintisi haqqında qərar qəbul edib.

Qazaxıstan mediasının məlumatına görə, müvafiq qərarı Baş nazir Oljas Bektenov imzalayıb.

Sənəddə "İkinci atom elektrik stansiyası" adlı nüvə qurğusunun tikintisi müəyyən edilir və onun yerləşəcəyi ərazi kimi Almatı vilayətinin Jambıl rayonu göstərilir.

Qazaxıstanda birinci AES-i "Rosatom" tikəcək. Tikinti işləri 2035-2036-cı illərdə başa çata bilər. Ulken qəsəbəsi yaxınlığında tədqiqat işləri ötən il avqustun 8-də başlayıb.

İkinci və üçüncü AES-in inşası "China National Nuclear Corporation" (CNNC) tərəfindən həyata keçirilə bilər.



OXŞAR XƏBƏRLƏR