Qazaxıstan Xankəndidə Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb

AZƏRBAYCAN

4 iyul 2025 18:17 (UTC+4)
image

Qazaxıstan Bakıda yerləşən ECO-UNIDO Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb.

Bu barədə Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün yekunlarına dair ECO-nun mətbuata açıqlamasında deyilir.

"Sammit zamanı Qazaxıstan Bakıda yerləşən ECO Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzaladı", - məlumatda qeyd olunub.

Bildirilib ki, sammit regional əməkdaşlığın dərinləşdirilməsində mühüm mərhələ olub.

OXŞAR XƏBƏRLƏR