Energetika Nazirliyi ilə “Universal Solar Azerbaijan” MMC arasında ölkəmizdə ilk dəfə olaraq bərpa olunan enerji sahəsində keçirilmiş beynəlxalq hərrac mexanizmi əsasında reallaşdırılan 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası (GES) layihəsi üzrə “Torpaq icarə müqaviləsi” imzalanıb. Sənədi energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Tao Zhicheng imzalayıblar.
Layihə üzrə “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” isə “Azərenerji” ASC adından qurumun İdarə Heyətinin sədri Baba Rzayev, şirkət adından direktor Tao Zhicheng tərəfindən imzalanıb.
Bundan başqa, Energetika Nazirliyi və “Maire Tecnimont S.p.A”. arasında “Enerji Keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun müddətinin uzadılması məqsədilə sənədə müvafiq dəyişiklik edilməsi haqqında Protokol da imzalanıb.