Qobustan Günəş Elektrik Stansiyasında dayaq sistemlərinin quraşdırılması mərhələsi icra olunur

AZƏRBAYCAN
GÜNƏŞ

image

Azərbaycanda ilk dəfə olaraq bərpa olunan enerji sahəsində keçirilmiş beynəlxalq hərrac mexanizmi əsasında reallaşdırılan 100 MVt-lıq Qobustan Günəş Elektrik Stansiyasının fotovoltaik panelləri üçün dayaq sistemlərinin quraşdırılması mərhələsi icra olunur.

Növbəti mərhələdə günəş panellərinin quraşdırılması həyata keçiriləcək. Stansiyada “JinkoSolar” tərəfindən hazırlanmış "TOPCon N" tipli modul panellər quraşdırılacaq.

Xatırladaq ki, COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə hərracın qalibi Çinin “Universal International Holdings Limited” şirkəti elan olunub (3.540 sent/kVts və ya 6.018 qəpik/kVts)

Qeyd edək ki, cari ilin aprelində Azərbaycan Respublikasının Hökuməti ilə Çinin “Universal International Holdings Limited” şirkətinin törəməsi “Universal Solar Azerbaijan” MMC arasında layihə ilə bağlı İnvestisiya Müqaviləsi imzanalıb. Cari il keçirilən Bakı Enerji Həftəsi çərçivəsində Energetika Nazirliyi ilə “Universal Solar Azerbaijan” MMC arasında 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası (GES) layihəsi üzrə “Torpaq icarə müqaviləsi”, "Azərenerji" ASC ilə “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.

Renewables.az


OXŞAR XƏBƏRLƏR